"O, nəhəng, qara rəngli köpəkdir. Ulayanda səsi damarlarda qanı dondurur, ürəyə vahimə salır. Nəhəng olsa da, çox səssiz gəzir".
Britaniyalı tarixçi Vaşinqton Datt 1901-ci ildə dərc etdirdiyi bu kitabda qorxulu köpəyi belə səciyyələndirmişdi.
16-cı əsrdə İngiltərənin şərqində "Black Shuck" kimi tanınaraq yerli sakinləri vahimədə saxlayan nəhəng köpəyin qalıqlarının tapıldığı deyilir.
2 metrlik boyu olan bu əfsanəvi və qorxunc köpəyin sümüklərinin qalıqları Saffolk qraflığındakı Leyston abbatlığında aparılan arxeoloji-qazma işlərində tapılıb.
Alimlərin dediklərinə görə, bu erkək itin boyu 2,1 metr, çəkisi isə 100 kiloqram olub.