Səfirə mükafat verildi

16-05-2014, 15:05   
Səfirə mükafat verildi
Türkmənistanın Aşqabad şəhərində türkmən xalqının böyük mütəfəkkiri Məhtumqulu Fəraqinin 290 illik yubileyi münasibətilə “Məhtumqulu Fəraqi. Ümumbəşəri mədəni dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Məlumata görə, konfransda beynəlxalq elm mərkəzlərindən, Avropa və Asiya ölkələrindən, MDB dövlətlərindən elm, mədəniyyət və incəsənət xadimləri, məhdumquluşünaslarla yanaşı, Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə alimlərdən ibarət nümayəndə heyəti də iştirak edirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli də “Məhtumqulu Fəraqi. Ümumbəşəri mədəni dəyərlər” tədbirdə iştirak edirlər. Konfransda Məhtumqulu Fəraqinin yaradıcılıq irsinin öyrənilməsi və təbliğində böyük xidmətlərinə görə Polad Bülbüloğlu və Firuzə Ağayeva “Məhtumqulu Fəraqi” medalı ilə təltif olunublar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Maisa Yazmuhammedova və mədəniyyət naziri vəzifəsini icra edən A.Qaracayevlə görüşüblər. Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi və daha da dərinləşdirilməsinin vacibliyi vurğulanib, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi imkanları müzakirə olunub. Konfrans iştirakçılarının Marı (Merv) vilayətinə səfəri və bir sıra tarixi yerlərə ziyarəti də nəzərdə tutulub.Azərbaycan nümayəndə heyətini Türkmənistandakı səfir Vəhdət Sultanzadə müşayiət edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar