Ağsuda şəhid ailəsi iki vəzifəli qardaşın “qurbanı”na çevrilib

20-06-2015, 06:08   
Ağsuda şəhid ailəsi iki vəzifəli qardaşın “qurbanı”na çevrilib
Ödənişli əsaslarla qiyabi təhsil alan Azad Məmmədov təhsilini başa vurduqdan sonra diplom alsa da, diplomun Təhsil Nazirliyi tərəfindən saxta olduğu aşkarlanıb




Daim vətəndaşların şikayət və problemlərini işıqlandıran BTV-yə növbəti şikayət Ağsu rayon sakini, şəhid ailəsi Oktay Məmmədov tərəfindən daxil olub.

O şikayətində Azər və Fuad Xəlilov qardaşlarından narazlığını bildirir.

Şikayətçinin sözlərinə görə, 2009-ci ildə oğlu Azad Məmmədovu Gəncə Aqrar Universitetinin dekan müavini Azər Xəlilovun köməkliyi ilə 14 min manata Azərbaycan Müəllimlər İnsitutunun Gəncə filialına qoydurub. Ödənişli əsaslarla qiyabi təhsil alan Azad Məmmədov təhsilini başa vurduqdan sonra diplom alsa da, diplomun Təhsil Nazirliyi tərəfindən saxta olduğu aşkarlanıb. Oktay Məmmədov bununla əlaqədar bir çox qurumlara müraciət etsə də müraciətləri boşa çıxıb.

Adı çəkilən şəxsin qardaşı “N” saylı hərbi hissədə yüksək vezifəli zabit işləyən Fuad Xəlilov şikayətçiyə qardaşı Azər Xəlilovun arxasında dayandığını bildirib.

Qeyd edək ki, şikayətçi Fuad Xəlilovla telefon danışıqlarını BTV-yə təqdim edəcəyini və məsələ ilə bağlı Müdafiə Nazirliyi və Təhsil Nazirliyinə müraciət ünvanlayacağını bildirib. Məsələni aydınlaşdırmaq məqsədilə Azər və Fuad Xəlilov qardaşları ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç bir nəticə vermədi. (bolgexeber.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar