Masallı sakinləri Zakir Qaralovun qəbuluna düşə bilməyib

20-06-2015, 08:20   
Masallı sakinləri Zakir Qaralovun qəbuluna düşə bilməyib

İcra başçısı Rafil Hüseynov şikayətçilərə maneə yaradıb


Baş prokuror Zakir Qaralov iyunun 19-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etmişdir. Baş Prokurorluğun mətbuat xidmətindən “Azadlıq”a daxil olan məlumatda deyilir ki, qurumun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayanÿ50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həlli üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Gün ərzində baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Masallı sakini Yaqub Kazımlı isə qəzetimizə bildirib ki, rayon rəhbərliyi Zakir Qaralovun qəbuluna düşmək istəyən vətəndaşlara maneə yaradıb: “Prokurorluğun qarşısında adamdan çox polis var idi. Camaatı güdürdülər ki, görək kim Zakir Qaralovun qəbuluna gedəcək. Hətta icra başçısı Rafil Hüseynov özü də əraziyə gəlmişdi. Vətəndaşları şəxsən müşayiət edirdi. Zakir Qaralovun qəbuluna yalnız 5-6 adam düşə bildi. Biz anlamırıq belə görüşlər nəyə lazımdır. Əksər şikayətçilər elə gözləyə-gözləyə qaldılar. Baş prokurorun qəbulu təxminən saat yarım çəkdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar