Səlim Müslümova ağır ittiham: Ağstafa SMM-nə aylıq haqq qoyub
20-06-2015, 08:34
«Sosial Müdafiə Mərkəzinin direktoru yoxsul ailələrə 50-50-yə təklifi verir, pulları nazirə çatdırdığını deyir»
Ağstafa Sosial Müdafiə Mərkəzinin direktoru Azər İmamverdiyevə ağır ittiham irəli sürülür. JAM.AZ xəbər verir ki, təşkilat sədri Anar İsmayılzadə özünün Facebook səhifəsində iddia edib ki, direktor Azər İmamverdiyevin kasıb ailələrdən pul aldığını isbat etməyə hazırdır.
O qeyd edib ki, Ağstafada verilən ünvanlı sosial yardımlar yarı bölünür. Onun sözlərinə görə, mərkəzin direktoru Azər İmamverdiyev müraciət etmiş kasıb ailəyə alacağı ünvanlı sosial yardımın müqabilində həmin məbləğin yarısını istəyir. Əks halda sənədlər qəbul edilsə də, razılaşmayan ailəyə yardım verilməsi təmin olunmur.
Anar İsmayılzadənin iddiasına görə, Azər İmamverdiyevin yoxsul ailələrin haqqını yeməsinə nazirliyin göz yumması səbəbsiz deyil. «Məndə dəqiq məlumat var ki, nazir Səlim Müslümov Ağstafa rayon Sosial Müdafiə Mərkəzinə aylıq haqq qoyub. Bu rəqəmin 50 min manat olduğu deyilir. Bəlkə də daha çox ünvanlı sosial yardım kəsiləcək və onların pulu Bakıya çatdırılacaq. Mən bunu sübut etməyə hazıram. Ağstafa Sosial Müdafiə Mərkəzinin fəaliyyəti araşdırılmalıdır».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Digər xəbərlər