Azərbaycanın Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənova raport yazıb.
Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat verilib.
Məlumata görə, nazir Zakir Həsənov Ramiz Nəcəfovun bu müraciətini geri qaytarıb və ona, hələlik vəzifəsini davam etdirməyi, məqamı çatanda istefaya göndəriləcəyini tapşırıb.
Hətta, nazir Z.Həsənov Ramiz Nəcəfovu yaxın vaxtlarda istefaya göndərəndən sonra ona, Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində mülkü ekspert kimi qalıb fəaliyyətini davam etdirməsini də məsələhət görüb.
Ramiz Nəcəfovla bağlı nazirin əmri yaxın vaxtlarda mətbuata da elan olunacaq.