Cinayət aləmində "Yunus" ləqəbi ilə tanınan azərbaycanlı Rusiyadan Azərbaycana deportasiya edilib.
Bu barədə "Report" Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsinə istinadən xəbər verir.
Rusiya Daxili İşlər Nazirliyinin digər güc strukturları əməkdaşları ilə birgə keçirdikləri əməliyyat nəticəsində Moskva vilayətinin Lobnya şəhərində Rusiya Federasiyası ərazisində müvəqqəti yaşayan və miqrasiya qanunlarını pozan, cinayət aləmində "Yunus" ləqəbi ilə tanınan Azərbaycan əsilli şəxs saxlanılıb.
Onu bu ilin yanvar ayında cinayət aləminin liderlərinin toplantısı zamanı əməliyyatçılar həbs edib. Bundan sonra ona Rusiya Federasiyası ərazisini tərk etmək tövsiyə olunub. Lakin buna baxmayaraq, o, indiyə qədər Moskvada yaşayıb və ölkəni tərk etməyib.
Həbs olunan şəxs iyunun 19-da Moskva-Bakı aviareysi ilə Azərbaycana deportasiya edilib.