Deputat: “Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq”

16-05-2014, 15:08   
Deputat: “Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq”
“Yaxın illərdə Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq”. Bugun.az xəbər veruir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Maliyyə Nazirliyi ilə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri tərəfindən birgə işlənilib, nazirliyin bütün tövsiyələri nəzərə alınıb.
Z.Səmədzadə bildirib ki, son 5 il ərzində ölkə iqtisadiyyatına 80 mlrd. dollar investisiya yatırılıb: “Bu gün Azərbaycan ümumi daxili məhsulun həcmi 73 mlrd. dollar təşkil edir. Ölkədə adam başına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanla birgə ilk sıraları tutur. Bu gün bunu dünyanın ən tanınmış reytinq agentlikləri də təsdiqləyir.”
Komitə sədri deyib ki, bu gün Azərbaycanın sabit maliyyə bazası var: “Bu da ölkənin valyuta ehtiyatlarını formalaşdırıb. Azərbaycanın qeyri neft-qaz sektoru 56,5% təmin edilib və tam icra olunub. Ölkənin dövlət borcu son bir ildə 9% azalıb.”
Z.Səmədzadə vurğulayıb ki, bütün dünya ölkələrində kölgə iqtisadiyyatı var: “Bu gün Azərbaycanda da bununla mütəmadi mübarizə aparılır. Bu mübarizə öz töhfələrini verib və bu da öz növbəsində vergi gəlirlərini, büdcəyə daxilolmaları artırıb”.
Millət vəkili deyib ki, 2014-2018-ci illərdə də sahibkarlığın və regionların inkişafına dəstəklə bağlı dövlət proqramları icra olunacaq: “Ölkədə aparılan satınalmalar sahəsində də irəliləyişlər var. Bu sahədə 114 mln. manat qənaət edilib. Bir faiz qənaət olunması dövlət büdcəsinə 70 mln. manat ödəniş edilməsinə gətirir”.
Z.Səmədzadə regionlarda həyata keçirilən iqtisadi layihələr, açılan yeni iş yerlərindən də danışıb: “Azərbaycan regionlarında qaynar həyat hökm sürür. Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar