Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğının əsas təzahürlərindən biri də onların istifadə etdiyi kommunal xidmətlərə görə xərclərin dövlət tərəfindən kompensasiya edilməsidir. 2002-ci ilə qədər mövcud olan qaydalara görə məcburi köçkünlər bütün kommunal xidmətlərdən pulsuz istifadə etmək hüququna malik idi. Azərbaycan Prezidentinin 2001-ci il dekabrın 26-da imzaladığı Fərmandan sonra isə istifadə edilən kommunal xidmət haqlarının müqabilində kompensasiya ödənilməsinə başlanıldı.
Fərmana uyğun olaraq məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlər üzrə xərclər faktiki istehlaka görə mərkəzləşmiş şəkildə, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir. Ödəmə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin vasitəsilə həyata keçirilir.
Xeber-ci.com məlumat verir ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Zərdab rayon nümayyəndəsi Fərasət Bilalov Qaçqınkom tərəfindən qış yanacağı üçün nəzərdə tutulan, ailə başına aylıq 40 litr neftin bir ayını sakinlərə verməyib. Köçkün ailələrindən bizə daxil olmuş məlumata əsasən hər il ardıcıl olaraq 5 ay müddərində onlrara neft verilirmiş. Ancaq bu il, Fərasət Bilalovu öz fərasətindən istifadə edib onlara neft verməyib. Deyib ki, Avropa oyunları ölkəmizdə keçrildiyinə görə yuxarıdan tapşırıq gəlib ki, köçkünlərin bir aylıq neftləri dayandırılsın. Bndan da belə görsənir ki, cənab Fərasət müəllim ölkəmizdə keçrilən avropa oyunlarını bəhanə gətirirək köçkünlərin neft payını mənimsəyib.
Digər bir xəbəridə qeyd edmək lazımdır ki, Fərasət Bilalov qaçqınlara dövlət tərəfindən verilən 40 litr neft əvəzinə 35 litrdən paylayıb. Əvvəllər hər ailədən 5 litr neft kəsən F.Bilalov sonda bütün 40 litri kəsməklə bu ili yekunlaşdırıb.
Bu olaylara göz yuman Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Lütvəli Babayev isə susmağa üstünlük verib. Bəzi məcburi köçkünlər F.Bilalovla bağlı şikayət etmək istəsələrda rayon rəhbəri buna imkan verməyib.
Qeyd edim ki, Zərdab rayonunda məcburi köçkünlərin digər problemləridə bu günə dək öz həllərini tapmayıb.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
_________________________________________________________________________________________________________
Adıgedən məsələ ilə bağlı Fərasət Bilalovla telefon əlaqəsi yartdıq. Qeyd edim ki, Fərasət Bilalov elə çığırdı ki, heç nə dediyini başa düşmək mümkün olmadı. Sadəcə onu eşitdik ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin bu məsələdən xəbəri var. Bu barədə araşdırıb yenidən məlumat verəcəyik