Bu dəfə Türkiyə - Səudiyyə Ərəbistan yazışmaları...
Haker hücumu nəticəsində 500 mindən çox gizli sənəd ifşa edilib. Gizli sənədləri ifşa edən "Wikileaks" bu dəfə Səudiyyə Ərəbistanına məxsus gizli yazışmaları yayımlayıb.
Gizli yazışmalarda Türkiyə məxsus yazılar da tapılıb. Yəmən hakerlərinin Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin serverinə hücum edərək gizli sənədləri əldə ediblər. Nəticədə 500 minə yaxın sənəd ifşa edilib.
Dünən "Wikileaks" saytı həmin gizli yazışmaların 70 minini saytında yayımlayıb.
Amma bu ifşa tək Səud rejimini deyil, Türkiyəni də maraqlandırır. Çünki yayımlanan minlərlə sənəd içərisində Türkiyənin ölkədəki səfirliyinin Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə göndərilən məktubları da var.
Wikileaks dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq sosial internet layihədir. Sayt kriptoqrafiyanın (encryption) hərbi məqsədlər üçün istifadə edilən alqoritmlər vasitəsi ilə məlumatı sızdıranın kimliyini və yerini maksimal dərəcədə məxfi saxlayır. Saytın hostu İsveçdə mənzillənən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, Vikiliks öz serverlərini heç bir spesifik yerdə mənzilləmir. (ans)