Dünən Bakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, intihar edən 1964-cü il təvəllüdlü Məzahir Cəfərovdur. Yaxınları hadisənin ilkin səbəbi kimi M.Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstərir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qayınıdır. - See more at: http://axar.az/news/55902#sthash.cVfB3ZGi.dpuf