Əli Həsənovun qohum-əqrəba şəbəkəsi

29-06-2015, 08:57   
Əli Həsənovun qohum-əqrəba şəbəkəsi

Komitə sədri yaxınlarını “Qaçqınkom” və digər qurumlarda vəzifəyə toplayıb
elihesenovqacqinQaçqın və məcburi köçkünlərin sosial durumunun və mənzil şəraitinin
yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqətindədir. Bir milyondan artıq
qaçqını olan Azərbaycanda bu sahədə son illər görülən müsbət işlər məcburi
köçkünlərin yaşayış səviyyəsini yüksəldib. Düzdür, qaçqın və məcburi köçkünlərə
verilən aylıq maddi yardımlar az olsa da, tikilən yeni mənzillər məyus olmamağa
əsas verir.
Qeyd edək ki, təkcə son iki il ərzində minlərlə məcburi köçkün ailəsinə yeni
evlər paylanıb. Bu gün toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi
Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki “qohumluq siyasəti” ilə bağlıdır.
Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlara görə komitə sədri Əli Həsənov
bura özünün yaxın qohumlarını, dostlarını və tanışlarını yığıb ki, bu da məcburi
köçkünlərin sosial durumunun normallaşmasında əngəl yaradan amillərdəndir.
Çünki hərə bir tərəfdən quruma ayrılan vəsaitləri yeyib-dağıdır.
Məsələn, komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov Ə.Həsənovun xalası
oğludur. Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə
tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Bizə çatan məlumatlara
görə, komitə sədri ilə Novxanıda qonşu olan müavin Mehdiabad yolunun üstündə
tikilən mənzillərin sahiblərinə paylanması zamanı ədalətsizliyə yol verib. Orda
yaşayan şəxslərin cumhuriyyet.az əməkdaşına bildirdiyinə görə, mənzillər bəzi
qaçqın ailələrinə pulsuz verilsə də, onlarla ailə haqları olan evləri almaq
üçün “hörmət” etməli olublar. Həmçinin məcburi köçkün olmayan ailələrə
də nəyinsə qarşılığında mənzil verilib. Komitənin şəhərcik üzrə nümayəndəsi də
mənzillərin məcburi köçkün olmayan ailələrə verildiyi barədə söylənilənləri
dolayısı ilə təsdiq edib. “Bu mənzillər tam təmirsizdir. Lakin məcburi
köçkünlərə verilən mənzillər “Qaçqınkom”un Sosial İnkişaf Fondu tərəfindən
alınaraq təmir edilir və sonda köçkünlərin istifadəsinə verilir. Binalar inşa
olunarkən yerli sakinlər tərəfindən sifarişçilər olub. Mənzillər hazır olan
kimi onlar öz mənzillərinə köçürülüb”.
Komitənin Mənzil İstismar Departamentinin direktoru Əliyev Pənah Nəbi oğlu da
Əli müəllimin qohumlarındandır. Bundan başqa komitə sədrinin bacısının yoldaşı
da “Qaçqınkom”da vəzifə tutur. Sosial Təminat və Humanitar Yardım Şöbəsinin
sektor müdiri Elman Quliyev də “Qaçqınkom” rəhbərinin
qohumlarındandır. Məlumatlara görə, qurumun elə bir şöbəsi yoxdur ki, orda sədrin
qohumları təmsil olunmasınlar. Həsənovun özü kimi, qardaşlarının da hamısı vəzifə
sahibidirlər.
Bir qardaşı Ramiz Həsənov Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır. Zəngilan
camaatının qayğısına qalmaq istəməyən R.Həsənovun qardaşının köməyi ilə bu vəzifəyə
gəlməsi heç kimə sirr deyil. O bu posta gələndən indiyə qədər zəngilanlılar
üçün heç nə etməyib. Digər qardaşı İlyas Həsənov isə Sumqayıt Şəhər
Yaşıllaşdırma İdarəsinin rəisidir. Sumqayıtda yaşıllıqların vəziyyəti göz önündədir.
Bir sözlə, komitə sədri həm öz ailə üzvlərini, həm də qohum-əqrəbasında olan
bütün insanları işlə təmin edib. Yaxın günlərdə Ə.Həsənov haqqında heç kimə məlum
olmayan faktları yazacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar