Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, dünən saat 10 radələrində Mehdi Hüseyn küçəsi, 1 ünvanının yaxınlığında («Şəhidlər Xiyabanı») 1996-cı il təvəllüdlü, Yevlax rayon sakini Ağalarlı Ağalar Əflatun oğlunun şam ağacından asılmış meyiti tapılıb. İntihar faktı ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, A.Ağalarlı Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.