Azərbaycan məscidlərində Soma izdihamı

16-05-2014, 17:28   

Bu gün Azərbaycandakı məscidlərdə Soma faciəsi qurbanları yad edilib, onlar üçün qiyabi cənazə namazı qılıblar. ANS PRESS-in məlumatına görə, Azərbaycanın bütün bölgələrində yerləşən məscidlərdə də faciə qurbanlarının anım mərasimləri keçirilib.

Faciəni yad etmək üçün Bakı şəhərin də yerləşən Əjdərbəy məscidinə saysız-hesabsız insan toplaşıb. Hər kəs məscidə gələrək cümə və faciə qurbanları üçün qiyabi cənazə namazı qılıblar. Məhzəbindən aslı olmayaraq bütün namaz əhli, eləcə də Türkiyənin Azərbaycandakı səfiri İsmayl Alper Coşqun da iştirak edib. Mərasimlər Qafqaz Müəsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazədinin göstərişi ilə keçirilib.

Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15.45-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar