Tələbə özünü niyə asdı: uğursuz sevgiyə, yoxsa kəsirə görə?!

29-06-2015, 20:11   
Tələbə özünü niyə asdı: uğursuz sevgiyə, yoxsa kəsirə görə?!Bu gün Bakıdakı Şəhidlər Xiyabanında özünü asan Yevlax rayon sakini Ağalarlı Ağalar Əflatun oğlunun intiharının yeni təfərrüatları bəlli olub.

Yevlaxın Ələş kəndinin icra nümayəndəsi Knyaz Məmmədov azvision.az saytına açıqlamasında bildirib ki, intihar edən gənc Texniki Universitetin II kurs tələbəsi olub: “O, energetika fakültəsinin II kursunda təhsil alırdı. 19 yaşında olan Ağalar atasını 7 il bundan öncə itirib. Anası isə müəllimə işləyir. Ağların özündən böyük olan qardaşı Fuad isə İqtisad Universitetinin III kurs tələbəsidir. Bu intihardan sonra ailənin vəziyyəti çox ağırdır. Anası fəryad edir, oğlunun ölümünə dözə bilmir. Mərhum artıq dəfn olunub”.

İcra nümayəndəsi intiharın başvermə ehtimallarını da açıqlayıb. O, bildirib ki, A.Ağalarlının maddi çətinliyi olmayıb: “Ağaların intiharı ilə bağlı yalnız bir ehtimal var - bu da onun imtahanlarda kəsirinin olmasıdır. Hamı onun bu kəsirlərə görə intihar etdiyi fikrindədir. Ağalar çox qapalı bir uşaq idi. Çox danışan, deyib-gülən uşaq deyildi. Ailəsində heç bir problemi olmayıb. Dərdini, sevincini heç kəslə bölüşməzdi. Hadisə dünən olub. Otaq yoldaşları onun sevgiyə görə intihar etmədiyini deyirlər. Ehtimal ki, Ağalar kəsirlərinə görə canına qıyıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.