Irəvanın mərkəzində keçirilən etiraz aksiyasının iştirakçıları yeni vətəndaş hərəkatının yaradılmasını bəyan ediblər.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın fəalı David Sanasaryan bildirib.
“Hələ ki hərəkatın adı yoxdur. Əsas məzmun və mahiyyətdir. Hazırda ən əsas məsələ - vətəndaş hərəkatının düzgün qurulmasıdır”, deyə D.Sanasaryan bildirib.
Onun sözlərinə görə, artıq yeni yaradılmış hərəkatın müvafiq komitələri də mövcuddur. D.Sanasaryan “Talana yox” aksiyasının təşkilatçılarına minnətdarlığını bildirib: “Onlar gələcək mübarizənin bünövrəsini qoydular”.
D.Sanasaryan əlavə edib ki, yeni hərəkat digər tələblər də irəli sürə bilər.