Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Cəlilabadın Günəşli kəndinə nişanlısıgilə qonaq gedən Salyan sakini orada özünü asıb. Salyanın Şorsulu kənd sakini, 22 yaşlı Zahir Elşad oğlu Quliyevin cəsədi qonaq qaldığı evin - kənd sakini Həsənağa İsmayılova məxsus evin damında asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, bu ailələr əvvəlcədən də yaxın qohum olublar. H.İsmayılov mərhumun dayısıdır.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (Virtualaz.org)