Rusiyada azərbaycanlılar kücə ortasında atışdı

7-07-2015, 10:37   
Rusiyada azərbaycanlılar kücə ortasında  atışdı
Rusiyanın Saxalin vilayətində azərbaycanlılar arasında silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən "VTB Bank"ın yaxınlığında baş verib.

30 yaşlı adı açıqlanmayan azərbaycanlı avtomobildə olan 27 yaşlı həmyerlisinə odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan həmyerlimiz şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri üzrə şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.