Bakının Sabunçu rayonunda əxlaqsızlıq yuvası aşkar olunub.anaxeber.info Teleqraf.com-a istinadən xəbər verir ki, əxlaqsızlıq yuvasını Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Rəqsanə Həsənova təşkil edib.
Rəqsanə Həsənova rayon ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası təşkil etməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə əməliyyat məlumatı daxil olub. Əməliyyat məlumatı daxil olan kimi polis əməkdaşları həmin kafeyə gedib. Əməliyyat zamanı oğlanla qızın kafenin otaqlarından birində intim münasibətdə olarkən yaxalanıblar. Rəqsanə Həsənova polis idarəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanıb.