Ərdoğanın sarayı sökülməlidir: Türkiyənin dövlət orqanı bu barədə qərar verdi

10-07-2015, 18:30   
Ərdoğanın sarayı sökülməlidir: Türkiyənin dövlət orqanı bu barədə qərar verdi
Türkiyənin Nazirlər Kabineti 2012-ci ildə Atatürk Meşə Qoruğunda saray tikilməsinə icazə verən qərar qəbul etmişdi və qoruğu “İnkişaf edib, şəhərə çevirmə ərazisi” elan etmişdi.

Musavat.com-un məlumatına görə, Memarlar İttifaqının Ankara Şöbəsi qərardan şikayət etmişdi. Türkiyənin araşdırma, məsləhət və qərar orqanı olan Daniştay Memarlar İttifaqını haqlı hesab edib və sarayın qanunsuz tikili olduğu haqqında qərar çıxarıb.

Qərarla bağlı Memarlar İttifaqı Ankara şöbəsinin sədri Tezcan Karakuş Candan yazılı açıqlama verərək, bildirib:

“Saray təcili boşaldılmalı, Çankayaya köçürülməlidir. Bu ölkədə hüquq yenidən inşa ediləcəksə, əvvəl Atatürk Meşə Qoruğunda, hamının gözü qarşısında edilən bu qanunsuzluğa son verilməlidir. Qanunsuz tikilən saray dərhal sökülməli, qanunsuzluq sona çatmalıdır. Qaçaq sarayın qaçacaq yeri qalmadı, əmr böyük yerdən gəlib. Hər kəs qanunlara uyğun davranmalıdır. Əksi olarsa, ölkəmizə demokratiya gəlməz”.

Gülnar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar