Prezident neçə nəfəri edam etdirib? - Statistika

10-07-2015, 22:11   

Cənubi Koreya hökuməti Şimali Koreya lideri Kim Çen İnin hakimiyyətə gəldiyi gündən bəri 70 nəfəri edam etdiyini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər naziri Yun Byung-se Seulda qatıldığı bir yığıncaqda məlumat verib. Cənubi Koreya Kəşfiyyat Xidmətinin topladığı məlumata görə, Kim hakimiyyətinin ilk illərində 10-a qədər insanı edam edib. Digər tərəfdən “Yonhap” xəbər agentliyi Şimali Koreya Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general Park Sung-Vonun Cənubi Koreyaya qaçması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib. Xatırladaq ki, Cənubi Koreya mətbuatında çox sayda yüksək səviyyəli Şimali Koreya səlahiyyətlisinin Pxenyan rəhbərliyinin təzyiqləri ucbatından ölkəni tərk edərək cənuba sığındığı, bunların arasında general Parkın da olduğu iddia edilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar