GDU-da daha bir biabırçılığın üstü açıldı

11-07-2015, 09:05   
GDU-da daha bir biabırçılığın üstü açıldı

Dekan İldırım Qasımovun tələbələri aylığa buraxdığı üzə çıxıb, rektor səsini belə çıxarmır, müəllimlər isə hər an təhqir oluna biləcəklərinin əndişəsini yaşayırlar

Gəncə Dövlət Universitetində (GDU) ara yenidən qarışıb. JAM.AZ-a verilən məlumata görə, buna səbəb dekan İldırım Qasımovun mətbuata çıxan məlumatların mənbələrini axtarmasıdır.
Məlumatda deyilir ki, Qasımov artıq bununla bağlı GDU-nun rektoru Yusif Yusifova yazılı şəkildə müraciət edərək, «xainlərin» axtarılıb tapılmasını və cəzalandırılmasını istəyib. Elə mərəkə də bundan sonra başlayıb.
Universitetdəki mənbələrdən aldığımız məlumata görə, İldırım Qasımov müraciətində ancaq kollekviumlara alınan puldan söhbət açıb. «600 – 700 manat müqabilində “aylığa” buraxılan onlarla tələbələrdən, ən azı 500 manata I kurslarda qrup nümayəndələri təyin etdiyiniz tələbələrdən, 150 – 200 manat alıb yeni toy etmiş bəyə və ya gəlinə bir aylıq icazələrdən niyə yazmayıbsız? Bəli, vacib tədbirlər görübsünüz. Məqalənin çapından dərhal sonra sən və Y.Namazov “aylıqda” olan tələbələrə təcili zəng edib, “sizin adınız internetdə yazılıb” deyərək dərhal dərslərə qayıtmağı tələb edibsiniz. Artıq həmin tələbələrin bəziləri dərslərdə iştirak edirlər. Bəs onların dərslərdə iştirak etmədikləri müddətdə birinci aylıq kollekvium ballarını kim yazdırıb?»
Məlumatı verən mənbə aylığa çıxarılmış tələbələrin bir qisminin adını da çəkib. «Fakültənin 300-ə yaxın tələbəsi Gəncə şəhərinin müxtəlif orta məktəblərində may ayının sonunadək pedaqoji təcrübədə olublar. Təsviri-incəsənət müəllimliyi ixtisasının 3-cü kurs tələbələri olan Yusifova Rayanı,Şabanova Rüfanəni, Quliyeva Maralı və Hüseynli Fidanı pedaqoji təcrübədə görən metodist müəllimlərə dekan İldırım Qasımov yüksək muştuluq vəd edib. Lakin bu muştuluq heç kimə qismət olmayacaq. Çünki İldırım müəllim xam deyil ki, tələbələrdən aldığı rüşvəti muştuluq kimi müəllimlərə paylasın. O, adları çəkilən bu tələbələri sentyabr ayından 1500 manat müqabilində illiyə buraxıb. Bura iki imtahan sessiyasının pulları daxil deyil)».
Mənbə vurğulayır ki, həmin müraciətdə İldırım Qasımov Yusif Yusifovdan xahiş edib ki, məlumatı yayanlar cəzalandırılsın. «İldırım Qasımov və Yusif Namazov külli miqdarda rüşvət alıb kef etsinlər, cənab rektor isə bu cinayətləri içtimaiyyətə çatdıranları axtarsın, tapsın və cəzalandırsın. Gülməli deyilmi? Tədris binasının dəhlizində qışqıra -qışqıra söyüşlər söyərək deyirsiz ki, bu məqaləni yazan müəllimləri pul verib “vorlara” tapdıracağam. Qoy, onları aparıb Kür çayının qırağında bıçaqla deşik-deşik etsinlər. Sənin bu sözlərini dəhlizdəki müəllimlərin əksəriyyəti eşidiblər. Bu dedikləriniz hədə-qorxular da cinayət sayılır».
JAM.AZ-a yazan GDU-nun nümayəndəsi daha sonra vurğulayır ki, İldırım Qasımovun etikadan kənar hərəkətləri də ölçüyəgəlməz şəkil alıb. «O, dosent Seyran Vəliyevin IV kurs fizika ixtisasında dərsi zamanı auditoriyaya daxil olub. Bir müddət lövhəyə baxıb, sonra dərsə kobud müdaxilə edərək, guya, müəllimin səhvini tapıb və təbaşiri götürərək, izahat verməyə başlayıb. Sonra müəllimə “savadsızsan, get ərizəni yaz, çıx get ” deyib. Bu hərəkətlər hansı pedaqoji etikaya sığır? Bu hüququ, bu səlahiyyəti ona kim verib? S.Vəliyev 40 ildən çoxdur dosentdir və ali məktəblərdə mühazirələr oxuyur».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar