Azərbaycan bayrağı Bakının mərkəzində ayaqlar altına atıldı
İyulun 12-də Bakıda I Avropa Oyunları ilə bağlı parad keçirilib. "Bakı 2015" adlanan parada Oyunlarda Azərbaycanı təmsil etmiş idmançıları və könüllü kimi çalışmış şəxsləri çıxarıblar.
“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilən parad Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşıb. Tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi ilə “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsi olub.
Tədbir sosial şəbəkələrdə "Avropa Oyunlarının paradı" adlandırılaraq, bir sıra tənqidi münasibətlərə məruz qalıb. Çoxlu sosial şəbəkə istifadəçisi belə bir tədbirin təşkil olunmasını şitlik kimi qiymətləndirib və ələ salıb.
Tədbirdə yaşanan bir mənzərə isə sosial şəbəkələrdə daha kəskin və haqlı tənqidlərə məruz qalıb. Söhbət Azərbaycanın dövlət rəmzinə örmətsizlik kimi heç cür bəraət verilməyəcək bir hadisədən gedir. Belə ki, parad iştirakçılartına paylanmış Azərbaycan bayraqları sonradan yerə atılıb və ayaqlanıb. Bu səhnələr sosial şəbəkə istifadəçiləri tərəfindən lentə alınaraq yayılıb.