"CAN" Şirniyyatları canımıza necə qəsd edir? VİDEO

13-07-2015, 14:35   
"CAN" Şirniyyatları canımıza necə qəsd edir? VİDEO


İyul ayının 11-də GUNDEMİNFO.AZ-da «Bazarstore»nin Badamdar qəsəbəsində yerləşən filalından şikayət yayımlamışdıq. Həmin şikayətdə bildirilirdi ki, bu dükanlar şəbəkəsindən alınan «Can» Şirniyyat Müəssisəsinə məxsus pidenin içindən həşaratlar çıxıb. Məhsul «Bazarstore»dən 10-07-2015-ci ildə alınıb. Və elə həmin gün də mətbuata müraciət olunaraq bildirilib ki, bu məhsulun içində həşaratlar var. Pideni alan əməkdaşımız onu axşam iftarında yemək üçün bir qədər qızdırmaq istəyib. Lakin sobanın üzərində çüzi istilik keçdikdən sonra bəlli olub ki, bu məhsulun içində naməlum həşaratlar var. Bundan sonra isə mətbuat vasitəsilə müraciət edən əməkdaşımız baş verənlərlə bağlı tam təfərrüatı ilə məsələ barədə danışıb.



Məhsulun satışı ilə bağlı olaraq cavabdeh olan «Can» Şirniyyat Dükanın isə mövqeyini hələ ki, öyrənə bilməmişik. Həftənin cümə günü isə şikayətlə bağlı əməkdaşlarımız «Bazarstore»nin piar və menecment şöbəsinin rəisi Günay xanımla əlaqə saxlayıb. Şikayəti bildirdikdən sonra isə bəlli olub ki, qarşı tərəf məsələ ilə bağlı olaraq yaxın saatlarda cavab verəcək. Lakin iyul ayının 11-də müraciət etməmizə baxmayaraq 12 və 13-də daxil olmaqla bizə heç bir cavab verilməyib. Yenidən bu gün bazar ertəsi, 13 iyul tarixində Günay xanımla əlaqə saxladıq. Qarşı tərəf mövqe bildirmək əvəzinə yazının təhlili, orada müəllifin başına gələnlərdən dolayı qənaətini qeyd etməsi tənqid edildi.

Lakin israrımıza baxmayaraq qarşı tərəf olaraq heç bir cavab ala bilmədik. Əvəzində isə faktiki olaraq zərərçəkmiş şəxs kimi, tanıdıqları tərəfi şirkətə böhtan atmaqda suçlayaraq günahlandırmaq istədilər. Lakin biz bu məsələ ilə bağlı zərərçəkmiş tərəf olaraq əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Müraciəti etdikdən sonra adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə də müraciət ünvanlamışıq.

Məsələ ilə bağlı GUNDEMİNFO.AZ-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, bu şirkətdən onların da birliyini xeyli sayda şikayətlər daxil olub. «Sizin aldığınız məhsul faktiki olaraq bişirilmiş ətdən hazırlanıb və ona heç bir tempraturda qurd düşə bilməz. Ət keyfiyyətini itirə bilər. Və yaxud da, başqa hala düşə bilər. Lakin bişirilmiş ətə qurd düşməsi mümkün deyil. «Can» şirkətinin məhsulları ilə bağlı bizim birliyə də çoxsaylı şikayətlər daxil olub. Məsələn bu şirkət həm də qurudulmuş meyvə satışını həyata keçirir. Onların qablaşdırılması, tarixlərlə bağlı narazılıqları biz dəfələrlə müvafiq dövlət qurumlarına da çatdırmışıq. «Can» şirkətinin məhsulları ilə bağlı şikayətlərdən biri qurudulmuş əncirlə bağlı idi. İstehlakçı bu malı alıb aparıb yeyəndə məlum olub ki, əncir turş dadır. Yəni normalda əncir şirin olur və onun qurusu da turş dada bilməz. Və yaxud da, «Can» şirkəti qablaşdırdığı məhsulların üzərində yazır ki, sərin yerdə saxlayın. Lakin sərin yer deyəndə nə qədər tempraturun nəzərdə tutulmadığı bəlli deyil. Bu da istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir» deyə həmsöhbətimiz bildirdi.

Qeyd edək ki, bu mövzu ilə bağlı olaraq Can Şirniyyat Məhsulları istehsal edən şirkətin də rəsmi mövqeyini öyrənməyə çalışırıq. Və onların da mövqeyini dərc etməyə hazırıq.
"CAN" Şirniyyatları canımıza necə qəsd edir?

Onu da əlavə edək ki, sizlərə təqdim etdiyimiz bu fotolar məhsul alınan gün, yəni iyul ayının 10-da çəkilib. Fotolardan da göründüyü kimi məhsul təzədir. Lakin sizə təqdim etdiyimiz video isə iyul ayının 12-də çəkilib və üzərindəki ət artıq qaralıb. Lakin qurdlar hələ də ordadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar