Qudasının qızını zorlayıb hamilə qoyan şəxsə hökm oxundu

14-07-2015, 08:56   

O, qıza hədə-qorxu gəlib ki, kiməsə desən, sənin başını kəsəcəyəm.

Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən 1967-ci il təvəllüdlü Əliağa Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Əlifağa Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əliağa Bayramov ötən ilin fevralın 17-də Nigar Əzizova (ad və soyad şərtidir) ilə zorla cinsi əlaqədə olub. Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsi əməkdaşları tərəfindən Əlifağa Bayramov həbs edilib. Hamilə qalan qız bu il mart ayında uşaq dünyaya gətirib.

Məlumata görə, 2013-cü ilin avqustunda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib-gəlməyə başlayıblar. Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib və qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, evdə Nigar( ad şərtidir) başqa heç kim olmayıb. Əlifağa qızdan atasının harada olduğunu soruşub. O, “evdə yoxdur” cavabı aldıqda içəri keçib və qızı danışdırmağa başlayıb.

Sonra qəfildən qızı vurub və Nigar( ad şərtidir) huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə Əlifağanın artıq evdən çıxıb getdiyini görüb. Qız soyundurulduğunu və üst-başının qan içində olduğunu görüb. Qız bu barədə heç kimə deməyib. Üç gün sonra gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr.

Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. O, qıza hədə-qorxu gəlib ki, kiməsə desən, sənin başını kəsəcəyəm. Əlifağa qızı 3 dəfə zorlayıb. Bu hal sonuncu dəfə 2014-cü ilin iyun ayının axırlarında olub. O, qızı guya gəlinlərini görmək üçün Salyan rayonunun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib və qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə o, yenə də maşında qızı zorlayıb. Bundan sonra qız hamilə qalıb.



lent.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.