“Qaçqınkom” departament direktoru Pənah Əliyevin yalanları

14-07-2015, 10:28   
“Qaçqınkom” departament  direktoru Pənah Əliyevin yalanları

Azərbaycan respublikasının Prezidenti

İlham Əliyev Cənablarına

H.Əliyev fondunun prezidenti Mehriban Xanım Əliyevaya

Surəti: anaxebər.az sayıtına

Ağdam rayonundan məcburi köçkün,hal-hazırda Bərdə rayonu ərazisində təzə tikilmiş şəhərçik,bina 8,mənzil 36-da yaşayan Əşrəfov Hikmət Balaş oğlu tərəfindən

Hörmətli cənab Prezident,Hörmətli Mehriban xanım mən Əşrəfov Hikmət Balaş oğlu Ağdam rayonundan məcburi kimi 21 ildir Bərdə şəhərində iki nömrəli məktəbdə məskunlaşmışdım.Keçən ilin axırlarında Bərdə rayon ərazisində tikilən hündür mərtəbəli şəhərcikdə evlə təmin olunmuşam.Ancaq mənim sizlərə üz tutub müraciət etməklə məqsədim işimlə əlaqədərdir.Mən neçə illərdi bərdə şəhərində icrayə götürdüyüm bər-bər köşkündə kişi bər-bəri işləməklə 6 nəfər ailə üzvü olan ailəmi birtəhər dolandırıram.Ancaq yaşayış yerimi dəyişdirdiyimə görə hər gün 15-20 kilometr yolu gəlib- getməyə çətinlik çəkirəm.Bərdə rayon rəhbərliyinə,yaşadığım şəhərciyin ərazisində 3-4 metr ərazidə öz vəsaitimlə bər-bər köşkü tikdirməyimə icazə istəyəndə,onların bu işlərə qarışmağa ixtiyarları olmadıqlarını qeyd etdilər və mənə bildirdilər ki,bundan ötəri mən Cənab Əli Həsənova müraciət etməliyəm.Əli müəllimə ünvanladığım meraciətə isə komitədən mənə şəhərcikdə heç bir tikinti işlərinə icazə verilməyəcəyinə bildirmişdilər.Ancaq işləri faktiki belə deyil,Sizlərə göndərəcəyim bu fotoları özüm həmin şəhərciyin ərazisindən çəkmişəm.Cənab Prezident,Hörmətli Mehriban Xanım indi sizlər bu foto-şəkillərə baxarkən görəcəksiniz ki,böyük bir ailəni çətinliklə dolandıran,4 il vətən torpaqları uğrunda döyüşən bir insana 3-4 metr yeri verməyən bəzi səlahiyyət sahibləri,necə olur ki,heç orada yaşamayan insanlara böyük marketlər,mağazalar üçün yerlər satırlar. Cənab Prezident,Hörmətli Mehriban Xanım Sizlərə üz tutub xahiş edirəm ailəmin dolanışığı naminə yaşadığım şəhərciyin ərazisində mənə də 3-4 metr sahəsi olan bər-bər köşkü üçün torpaq sahəsi verilməsinə köməklik edəsiniz.

Aşağıda AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ MƏNZİL İSTİSMAR DEPARTAMENTİNİN Direktoru Penah Eliyevin cavablarını sizə tədqim edirik.

14 Fevral 2014-cü il Məlumat üçün bildiririk ki,fərdi qaydada sahibkarlıqla məşqul olmaq üçün yerlərdə heç bir köşkün verilməsi nəzərdə tutulmamışdır.

17 Mart 2014-cü il Məlumat üçün bildiririk ki,fərdi qaydada sahibkarlıqla məşqul olmaq üçün yerlərdə torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır .

27 İyun 2014-cü il Məlumat üçün bildiririk ki,fərdi qaydada sahibkarlıqla məşqul olmaq üçün yerlərdə torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır.

Bu məktublar bizə daxil olan müddətdə aşağıda şəkilləri göstərilən ticarət abeyiktləri qaçqın şəhərciyində tikilmişdir.

İmza:Əşrəfov Hikmət Balaş oğlu





[thumb]http://anaxeber.info/uploads/posts/2015-07/1436855240_11754284_437006673138898_7848128901426532360_n.jpg[/thum
Əlaqə Telefonu:050-642-62-43
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar