Iqtidardan Qərblə bağlı yeni tapşırıq

15-07-2015, 07:37   
Iqtidardan Qərblə bağlı yeni tapşırıq
Hakimiyyətin cəmiyyətdə Rusiyaya rəğbəti artırmaq üçün yeni planı


Prezident Administrasiyasından (PA) deputatlara, hökumətyönlü QHT-lərə və iqtidarın nəzarətində olan media orqanlarına yeni tapşırıq gəlib. Bu barədə “Azadlıq”a sızan məlumatlarda deyilir ki, yeni tapşırıq Rusiyanın təbliğatının aparılması, Qərbin isə Azərbaycan cəmiyyətində nüfuzdan salınmasından ibarətdir.
Tapşırığa əsasən xüsusilə müxalifət düşərgəsini ruhdan salmaq üçün Qərbin hakimiyyətlə separat danışıqları barədə məlumatlar dövriyyəyə buraxılmalıdır. Artıq bunun işartıları görünür. Hakimiyyətin nəzarətində olan bəzi KIV-lər Qərblə Azərbayncan iqtidarı arasında hansısa yeni razılaşmalara barədə məlumatlar dərc edir. Bu müxalifət düşərgəsində Qərbin demokratiya tələbələrinə inamın sarsıdılması, bütün bunların sadəcə növbəti oyun olduğu, mübarizənin heç bir əhəmiyyətinin qalmaması barədə rəy yaratmağa hesablanıb. Digər tərəfdən Qərbin əleyhinə danışan xarici politoloqların açıqlamalarına, müsahibələrinə geniş yer verilməsi də tapşırığa daxildir. Elə Əbülfəz Elçibəyin ABŞ tərəfindən devrilməsi barədə Uilyam Eqdalın iddialarının iqtidaryönlü mediada tirajlanması bunun təzahürü sayıla bilər. Məlumat üçün deyək ki, Uilyam Enqdal anti-Qərb çıxışları ilə tanınan şəxsdir. Onun bütün açıqlamaları Qərbə qarşıdır. Bu şəxsin Rusiyaya yaxınlığı ilə seçildiyi barədə məlumatlar var.
Beləliklə, hakimiyyət həm açıq şəkildə Qərbə savaş apararır, həm də cəmiyyətdə Qərbə nifrəti artırmaq, ruh düşgünlüyü yaratmaq, eyni zamanda Rusiyanı nəyin bahasına olursa-olsun müdafiə etmək üçün səylərini artırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar