Ötən yazılarımızda yol qəzaları ilə bağlı silsilə yazılarımızı oxucularımızın ixtiyarına vermişdik.
Etiraf edək ki, yol qəzaları müəyyən səbəblərdən baş verir. Elə dəhşətli yol qəzaları var ki, sürücü məsüliyyətsizliyin və yaxud piyadanın yol hərəkət qaydalarına düzgün riayət etməməsindən baş verir.
Sürücülərdən söhbət düşmüşkən müəyyən mənada bir çox sürücülər var ki, həkim arayışın qurbanı olurlar. Bir faktı nəzərinizə çatdıraq ki, 11.06.2015- ci il tarixdə Mərdəkan-Buzovna yolu üzərində baş verən dəhşətli yol qəzası bir gəncin həyatına son qoydu. Bu barədə informasiya agentlikləri kifayət qədər məlumat yayımladı.
Dosye.org-ın əldə etdiyi məlumatlara görə həmən tarixdə “PALFOOD” şirkətinə məxsüs AZ 90 JL 033 dövlət nömürəli yük maşını qadağan olan ərazidə dayanmış “MAZ” markalı su maşınına çırpılaraq ağır yol nəqiliyyat hadisəsi baş verdi. Nəticədə “PAFOOD” şirkətinə məxsüs yük maşınını idarə edən Bədəlov Muşviq Əlizadə oğlu hadisə yerində dünyasını dəyişdi.
Araşdırmalardan sonra məlum oldu ki, mərhum Muşviq Bədəlov ürəyində damar çatışmamazlığı xəstəliyindən əziyyət çəkirmiş. Bu barədə hərbi hospitaldan verilən xəstəlik arayışı da maddi sübüt kimi aidiyyətli qurumlara təqdim edə bilərik. “PALFOOD” şirkəti işlə təmin olunan istənilən vətəndaş sağlamlıq haqqında arayış təqdim etməlidir.
Muşviq Bədəlovun ailə üzüvlərinin dediyinə görə ümumiyyətlə ona maşın idarə etmək qadağan edilib. Lakin 3 saylı polikilinkanın baş həkimi Solmaz Xankişiyeva şəxsi maraqlarını üstün tutaraq vətəndaşa qadağan olunan arayışı qeyri-qanuni yolla vermişdir. Bununla da baş həkimin verdiyi saxta arayiş bir gəncin həyatına son qoydu.
Hətda Solmaz həkim bu yolla qazanc əldə etmək marağındadır. Təbii ki, 3 saylı polikilinkadan verilən arayışda göstərilməli idi ki, Bədəlov Muşviq Əlizasdə oğlunda ürək damar çatışmamazlığı aşkar edilib. Görünür, 50 manat baş həkim üçün o qədər önəmlidir ki, gələcəkdə baş verən dəhşətli yol qəzaları onu zərrə qədər də olsa narahat etmir. Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Dosye.org olaraq inanırıq ki, məsələ ilə bağlı aidiyyətli qurumlar araşdırmalara başlayacaq.