Qazeta.info Kəpəz Tv-yə istinadla xəbər verir ki, Goranboy rayon Ağamalıoğlu kənd sakini 79 yaşlı Qələndər Şamiyev müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kənd sakininə qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi diaqnozu qoyulub.
Həkimlərin müdaxiləsindən sonra yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qələndər Şamiyevin oğlu tərəfindən döyüldüyü bildirilir. Onun ruhi xəstə olduğu deyilir.
Goranboy rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.