Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.
Rayonun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyiti evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.
Trail.az-ın məlumatına görə, bu günlərdə 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb.