Bu yaxınlarda şort geyinən kişiləri hədələyən Hafiz Havıyevin özünün bricli fotosu üzə çıxıb. Musavat.com xəbər verir ki, sosial şəbələrdə yayılan fotoların Hafiz Hacıyevin Bodrumda istirahəti zamanı çəkildiyi bildirilir.
Xatırladaq ki, Hafiz Hacıyev bildirmişdi ki, şort geyinən kişilərə pis baxır: “Artıq Azərbaycan xalqı bəzi adət-ənənələrini itirib. Avropada mənfi məqamlar görən kimi gəlib ölkəmizdə bunu tətbiq etmək istəyirik. Artıq artistlərimizin bir hissəsi bu milləti pozdu. Azərbaycan televiziyaları isə əxlaqsızlığı yaymaqda bir nömrəli rol oynadılar. Nə qədər açıq-saçıq geyinən varsa onların hamısını nümayiş etdirdilər. Bunları görən bəzi oğlanlar bədənlərini nümayiş etdirməyə başladılar. Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz”.