Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2559 Warning: Undefined array key 28 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2563 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2559 Warning: Undefined array key 28 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2563 Warning: Undefined array key "calendar" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 34 Warning: Undefined array key "archive" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 35 Warning: Undefined array key "tags_cloud" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 36 Tofiq Sadıqov Təhsil Nazirliyinin hansı əməkdaşlarını ələ aldı? - ŞOK ŞİKAYƏT ARANI QATDI » Anaxeber.info online xəbər portalı

Tofiq Sadıqov Təhsil Nazirliyinin hansı əməkdaşlarını ələ aldı? - ŞOK ŞİKAYƏT ARANI QATDI

27-07-2015, 14:52   
Tofiq Sadıqov Təhsil Nazirliyinin hansı əməkdaşlarını ələ aldı? - ŞOK ŞİKAYƏT ARANI QATDI
Ölkənin təhsil sektorunda ayrı-ayrı məmurlardan qaynaqlanan problemlər kifayət qədərdir. Mikayıl Cabbarovun təhsil naziri vəzifəsinə təyinatından sonra bu sahədə müəyyən islahatların aparılmas yönündə cəhdlərin göstərilməsinə baxmayaraq problemlər qalmaqdadır. Xüsusilə də rayonlarda təhsil adına elə rüsvayçılıqlar baş verir ki, onlarla tanış olarkən təəccüblənməyə bilmirsən.
Bu baxımdan Savash.org-a Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun müəlliflik etdiyi qanunsuzluqla bağlı daxil olmuş informasiya olduqca maraqlıdır. Rayondakı mənbəmizin verdiyi məlumata görə, Tofiq Sadıqovun qanunsuz şəkildə orta məktəblərə müəllimlər işə götürməsi rayonun təhsil elitasında ciddi narazılıq yaradıb. Məlumat üçün bildirək ki, yerlərdə müəllimlərin işə qəbulu ilə Təhsil Nazirliyi məşğuldur və bu məqsədlə mütamadi olaraq imtahanlar həyata keçirilir. Məhz həmin imtahanların nəticələrinə uyğun olaraq da müəllimlərin işlə təminatı həyata keçirilir. Amma Beyləqan rayonunda bu qaydalar keçərli deyilmiş, sən demə, burada Təhsil Nazirliyinin yox Tofiq Sadıqovun qanunları işləyir.
Savash.org-a daxil olan məlumata görə,Təhsil Nazirliyinə olunan şikayətdə konkret faktlar göstərilib. Şikayət məktubunda bildirilir ki, T. Sadıqov xeyli sayda müəllimi heç bir attestasiyadan keçirmədən işlə təmin edərək, bunun qarşılığında onlardan yüksək məbləğdə pul alıb. Məlumata görə, özündə konkret faktları əks etdirən şikayət ərizəsinə görə Beyləqan təhsilinin şefi Tofiq Sadıqov bu ayın 23-ü və 24-də Təhsil Nazirliyində izahat verməli olub. Təhsil Nazirliyinin Kənan və Elvin adlı hüquqşünasları tərəfindən dindirilən Tofiq Sadıqovun artıq özünə himayədarlar tapdığı da bildirilir.
Aparılan araşdırmalar zamanı Tofiq Sadıqovun müəllifliyi ilə həyata keçirilən bir çox qaranlıq məqamlar ortaya çıxıb. Mənbəmiz iddia edir ki, bu cəncəldən qurtarmaq üçün Tofiq Sadıqov Təhsil Nazirliyinin rəsmilərindən olan Fərzalı Qədirov və Aydın Əliyevlə anlaşma da əldə edə bilib.
Savash.org-un məlumatına görə, Tofiq Sadıqovun qanunsuz əməllərini ictimailəşdirən isə Raisa İsgəndərovadır. Xatırladaq ki, R. İsgəndərova bir neçə ay əvvəl Beyləqan rayon icra başçısının humanitar məsələləri üzrə müavini işləyib. Sonradan icra başçısı ilə aralarında yaranan mübahisə zəmnində işdən azad edilərək müvəqqəti Beyləqandakı liseylərdən birinə direktor göndərilirb.
Raisa İsgəndərovun bu addımı atmasının təfərrüatları, eləcə də nazir Mikayıl Cabbarovdan xəbərsiz olaraq Tofiq Sadıqovu Təhsil Nazirliyinin hansı məmurlarının hansı maraqlar qarşılığında müdafiə etməsinin gizlinləri haqda isə yaxın zamanlarda məlumat verəcəyik.
SAVASH.ORG
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar