Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2559 Warning: Undefined array key 28 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2563 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2559 Warning: Undefined array key 28 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2563 Warning: Undefined array key "calendar" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 34 Warning: Undefined array key "archive" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 35 Warning: Undefined array key "tags_cloud" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 36 Qayınatası ilə birləşib müəllimlərin məzuniyyət pulunu mənimsədi - Cəlilabad RTŞ-nin müdirinə şok ittiham » Anaxeber.info online xəbər portalı

Qayınatası ilə birləşib müəllimlərin məzuniyyət pulunu mənimsədi - Cəlilabad RTŞ-nin müdirinə şok ittiham

29-07-2015, 10:52   
Qayınatası ilə birləşib müəllimlərin məzuniyyət pulunu mənimsədi - Cəlilabad RTŞ-nin müdirinə şok ittiham
Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovun ilginc maxinasiyası haqda Savash.org-un elektron ünvanına məlumatlar daxil olub. Həmin informasiyada Cəlilabad “təhsil şefinin” müəllimlərin məzuniyyət pullarını necə mənimsəməsindən bəhs edilir. Bununla bağlı saytımıza ünvanlanan şikayət məktubunu kiçik düzəlişlərlə oxucularımızn diqqətinə çatdırırıq.
“Respublikanın hər yerində olduğu kimi Cəlilabad rayon müəllimləri də Əmək Məcələləsinin tələbinə uyğun olaraq məzuniyyətə çıxdılar. Amma yeni dərs ili başlayana qədər onlardan daha pul alınmayacağını güman edən müəllimlər gözlənilməz sürprizlə qarşılaşıblar. Belə ki, hamının məzuniyyət pulundan müəyyən məbləğin kəsildiyi məlum olub”.
Şikayət məktubunda bildirilir ki, Təhsil Şöbəsinə edilən çoxsaylı müraciətlərə baxmayaraq müəllimləri müxtəlif vasitələrlə inandırmağa çalışıblar ki, məzuniyyət pulunun verilməsində heç bir səhv olmayıb və hər şey qaydasındadır. Amma sonradan məlum olub ki, bu dəfə rayon təhsil şöbəsi müəllimlərin pulunu ustalıqla, birbaşa "vedmost”da tutaraq onu rəsmiləşdiriblər:
“Cəlilabad Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətov Siğorta şirkətinin müdiri olan qaynatası Əvəz Xanalıyevlə birlikdə müəllimlərin xəbəri olmadan "vedmost”da onlardan naməlum sığorta pulu tutub. Bu işin ideya müəllifi isə keçmiş RTŞ müdiri Ədalət Əsgərovun bacısı oğlu, narkotik maddəylə 8 ay həbs olunmuş Rayon Təhsil Şöbəsinin Baş Mühasibi Rəşad Salmanov olmuşdur. Maxinasiyadan əldə olunan ən azı 60 min manatdan yuxarı pul isə bu üç nəfər arasında qardaş malı kimi bölünmüşdür”.
Xatırladaq ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Sonda xatırladaq ki, haqqı pozulan müəllimlər baş verən maxinasiya ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəklərini bildiriblər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar