Səmən Qəhrəmanova aldığı xəsarətlərdən dərhal xəstəxanaya çatdırılıb
Yol Polisi əməkdaşlarının özbaşınalıqları bitmək bilmir. Bu dəfə ki, qanunazidd hərəkət Şirvan şəhərində baş verib.
Belə ki, dünən axşam 23:00 radələrində Şirvan şəhər polis idarəsinin qarşısında döyülmə faktı qeydə alınıb. Bu haqda döyüldüyünü iddia edən Səmən Qəhrəmanova BTV-yə bildirib. Onun sözlərinə görə , Şirvan şəhər YPX inspektorları Murad Süleymanov və Üzeyir adlı şəxslər onu döyüb. Yaşlı qadın aldığı xəsarətlərdən dərhal xəstəxanaya çatdırılıb.
İddialara aydınlıq gətirmək məqsədilə inspektor Murad Süleymanovla əlaqə saxlayan sayt xəbər verir ki, o, deyilənlərin yalan və böhtan olduğunu söyləyib.