“Azercell”in internet fırıldağı: Müştərilərə dəyən böyük ziyanlar – Fakt+Audio

29-07-2015, 13:54   
“Azercell”in internet fırıldağı: Müştərilərə dəyən böyük ziyanlar – Fakt+Audio

Azercell istifadəçiləri şirkətin onlara “texniki tələ” quraraq maddi ziyan vurduğunu iddia edirlər.

AzNews.az xəbər verir ki, şikayətlər internet paketlərinə edilən yeniliklərlə bağlıdır. Belə ki, “Azercell” şirkəti öz rəsmi saytında internet paketlərinə edilən dəyişikliklərlə və endirimlərlə bağlı məlumat yerləşdirib. Lakin müştərilər şirkətin 2002 xidmətinə zəng edib məlumat almaq istəyərkən onlara köhnə məlumatlar verilir ki, bu da çaşqınlığa və pul itkisinə səbəb olur.

Məsələn yeni dəyişikliklərdə 100 MB-lıq internet paketi ləğv edilib, lakin 2002 xidməti hələ də müştəriyə 2 AZN-ə 100 MB paket əldə edə biləcəyini məlumat verir. Müştəri isə 2 AZN göndərsə də, 100 MB-lıq paket yeni dəyişikliklərdə ləğv olduğundan ona heç bir internet paketi gəlmir, həmçinin göndərdiyi pul da geri qaytarılmır, yəni müştəri 2 AZN ziyana düşür, bu pulu isə Azercell qazanır.

Və yaxud 1 GB-lıq internet paketinin qiyməti yeni tariflərlə 5 AZN olduğu halda, 2002 xidmətində bu paketin qiyməti köhnə tariflə, yəni 6 manat olduğu bildirilir. Beləliklə müştəri burada da 1 AZN itirir.

Məsələni dəqiqləşdirmək üçün araşdırdıq və müştərilərin haqlı olduğunun şahidi olduq. “Azercell”in rəsmi internet səhifəsində yeniliklərlə bağlı yerləşdirdilən xəbərlə 2002 xidmətində müştərilərə verilən məlumatlar bir-biri ilə uyğun gəlmir.

Fakt üçün yazılı və səsli məlumatları təqdim edirik:

“Azercell”in yeniliklərlə bağlı yazılı məlumatı:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar