Masallıda striptiz klublar peyda olub

30-07-2015, 14:51   
Masallıda striptiz klublar peyda olub
“Nil Bağı”, “Gölüstü”, “Cənnət Bağı”, “Piramida” və “Viləş” İstirahət Mərkəzlərində gecələr keyf məclisləri qurulur

Ötən günlərdə xəbər vermişdik ki, Masallının İsti Su ərazisi kimi tanınan istirahət zonasında fəaliyyət göstərən bir çox istirahət mərkəzlərində əxlaqsızlıq baş alıb gedir. Bununla bağlı JAM.AZ-a şikayət edən rayon sakinləri bildirmişdilər ki, onlar ailələri ilə birlikdə bu ərazilərə dolana bilmirlər. Səbəb isə bir çox istirahət mərkəzlərindən turizm məkanı kimi deyil, qadın alveri üçün istifadə olunmasıdır.

Bu gün aldığımız məlumatda isə vurğulanır ki, artıq bir çox mərkəzlərdə insan alveri açıq şəkildə həyata keçirilir. JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, əksər istirahət mərkəzlərində gündüz hər şey normal görünsə də, hava qaraldıqdan sonra “yarasalar” peyda olmağa başlayır. Hətta gecə saatlarında müştərilər üçün striptiz partilərin təşkil edildiyi də iddia olunur.

“Nil Bağı” İstirahət Mərkəzində gecə saatlarında şaqraq musiqi insanı uzaqdan çəkir. Amma bu obyektə qədəm qoyduqda hər şeyin uzaqdan təsəvvür edildiyi kimi olmadığı məlum olur. Çünki qonağın qarşısına yarıçılpaq qızların çıxmasından tutmuş, elə həmin formada rəqslərin təşkil edildiyini də görmək mümkündür. Guya, müştəri cəlb etmək üçün nəzrədə tutulmuş bu addım, əslində, gələn qonaqların gecələr keyf məclisi təşkil etmələrinə həvəsləndirmək məqsədi güdür. İşin ən ilginc tərəfi odur ki, gecələr bu “bağ”da striptiz səhnələri də təşkil edildiyinə dair məlumat var. Masallı kimi mühafizəkar bir yerdə belə bir addımın atılması cəsarıt istəyir. Ki, bunu da “Nil Bağı”nın sahibi hansı ürəklə edir məlum deyil.

“Gölüstü” İstirahət Mərkəzi də “Nil Bağı”ndan geri qalmır. JAM.AZ-a verilən məlumatda deyilir ki, bu barak tipli otellərdə ailə ilə qalmaq mümkün deyil. Qadın alverinin tüğyan etdiyi bu obyektin sahibi hər kəsə açıq şəkildə deyir ki, o, İnsan Alverinə Qarşı Mübarizə İdarəısinə illik “haqq” verir. Hərçənd bu inandırıcı deyil və “Gölüstü”nün sahibi bu sözlərlər özünü sığortalamağa çalışır.

Onu da bildirək ki, bu istirahət mərkəzi günün bütün saatlarında təhlükə mənbəyi olaraq da tanınılr. Belə ki, Viləş çayının üzərində yerləşən və ətrafı sıldırım olan mərkəzin sıldırımla olan hissələri açıqdır. Allah etməmiş, bir nəfər uşaq və ya böyük diqqət etməzsə, həmin sıldırımdan düşə bilər. Səbəb isə həmin sıldırm olan hissənin hasara alınmamasıdır.

Bu əsnada onu da qeyd edək ki, “Gölüstü” İstirahət Mərkəzinin qarşısında hər gün Post Patrul Xidməti keşik çəkir. Buna səbəb isə həmin restoranda müdriyyətlə müştərilər arasında mütəmadi olaraq dava-dalaşın yaranmasıdır. Ona görə ki, burada istənilən masaya istənilən məbləğdə hesab gələ bilər. Və bu da narazılıqla qarşılanmaqla yanaşı, həm də davaya səbəb olur.

Masallıda insan alverinə qurşanmış yerlər arasında “Cənnət Bağı” və “Viləş” İstirahət Mərkəzi də var. “Piramida” da onlarla ayaqlaşmaq üçün maksimum imkanlardan yararlanır və “yeniliklər” etməyə çalışır.

P.S. Yaxın günlərdə Masallının istirahət mərkəzlərində bir neçə il bundan əvvəl baş vermiş dəhşətli olaydan bəhs edəcəyik.

ANONS

- Cənub bölgəsində SPİD xəstəliyinin tüğyan etməsinə səbəb nədir?
- Masallının İsti Su ərazisinə 300-ə yaxın SPİD-li qızı kimə və niyə gətirib?
- Rayonda gənclərin mütəmadi olaraq intihar etməsinə səbəb nədir?
- Ermənilərlə iş birliyi içində olan “azərbaycanlı” kimdir və onu İstirahət Mərkəzlərinə bağlayan hansı tellər var?
Bu və digər ilginc olaylarla bağlı yaxın günlərdə yayımlayacağımız araşdırmanı oxuya bilərsiniz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar