Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-da saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı sakinləri Rüfət Muradovu, Səriyyə Quliyevanı, Ehtiram Abdullayevi və qardaşı Fərəməzi vurub. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır.