Burda mənəm bağdatda kor xəlifə - Direktor imtahana saxta şağird soxuşdurdu

2-08-2015, 08:15   


TƏHSİL NAZİRİ MİKAYIL CABBAROV NİYƏ SUSUR?

Xəbər verdiyimiz kimi Ağdam rayon Təhsil şöbəsinin Yevlax rayon ərazisində fəaliyyət göstərən 23 saylı tam orta məktəbində qanunsuzluqlar davam edir. Xia.az bu məktəb barədə yazı dərc etdikdən sonra maraqlı faktlar ortaya çıxıb.

Məktəbi tanımayan, hətda hərifi və rəqəmi bilməyən şagirdlərin imtahandan necə keçmələri barədə araşdırmaya baxşlayıb. Xəbər verdiyimiz kimi dövlət büdcəsinə qənim kəsilmiş direktor Sevinc xanım daha bir saxtakarlığa imaza atıb. Belə ki, məktəbin şağirdinin əvəzinə başqa bir şagirdi imtahana salıb.

XİA.az-a məlumat verən mənbənin sözlərinə əsasən həmin şagird bu məktəbdə təhsil almyıb, adı yalandan yazılaraq qiymətləndirilib və sonda saxta yollarla imtahjandan keçirilib. Əldə etdiyimiz digər məlumatlara əsasən isə həmin məktəbdə korrupsiya faktları getdikcə genişlənir.

Direktor Sevinc Əkbərova özü ilə bərabər həmin sinifə dərs deyən müəllimləridə qanunsuzluqa sürükləyib. Qeyd edim ki, faktla bağlı aidiyyatı orqanlara məlumat vermişik. Bizi izləyin.

P.S. Bu gün faktla bağlı Sevin Əkbərova ilə telefon əlaqəsi yaratdıq. Sevinc xanım bizə irad tutur ki, yazmamışdan qabaq ona məlumat vermək lazım imiş. Sonra isə hücuma keçdi.

Sevinc xanımın nəzərinə çatdırmaq istəyirək ki, media ölkədə azaddır və hər hansı bir yalnış məlumat vermişiksə buyurub məkəməyə müraciyət edə bilər.
Öz gözündə tiri görməyən bizim gözümüzdə tük axtara bilməz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar