Bakıda ödəmə terminalını qarət edən şəxs tutuldu

2-08-2015, 09:38   
Bakıda ödəmə terminalını qarət edən şəxs tutuldu

Şağan qəsəbəsindəki VVAQ şöbəsində quraşdırılmış "Milli Ön" ödəmə terminalından 400 manat oğurlamış şəxs saxlanılıb.

Bakıda ödəmə terminalından oğurluq edən şəxs tutulub.

Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal RPİ və Xəzər RPİ 1-ci PB əməkdaşları birgə əməliyyat keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də Şağan qəsəbəsindəki VVAQ şöbəsində quraşdırılmış "Milli Ön" ödəmə terminalından 400 manat oğurlamış şəxs tutulub.

Onun Bakı şəhər sakini Vahid Bağıyev olduğu müəyyən edilib.

Qeyd edək ki, analojiqarət hadisəsi aprelayında Bakının Qaradağrayonunda da baş vermişdi. Rayonun Qızıldaşqəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev və Aqil Qasımov ödəmə terminalını qarət etdiklərinə görə saxlanılmışdılar.

İyul ayında isə bu terminallarda qarətin qarşısını alan sistem yaradılması barədə xəbər yayılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar