Avqustun 2-də PKK terror təşkilatı Türkiyədə növbəti terror aktlarını gerçəkləşdirib. Lent.az Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, partlayıcı yüklü traktor Ağrıdakı jandarma məntəqəsinə çırpılıb. Nəticədə 2 əsgər şəhid olub, 24-ü yaralanıb. İlkin məlumata görə traktorda 2 ton partlayıcı olub.
Mardində isə hərbiçiləri daşıyan avtomobilin PKK tərəfindən yola basdırılmış minaya düşməsi nəticəsində 1 əsgər şəhid olub, 4-ü yaralanıb.