Zaqatalada həkim səhlənkarlığı can aldı - ŞİKAYƏT

2-08-2015, 13:24   
Zaqatalada həkim səhlənkarlığı can aldı - ŞİKAYƏT
Zaqatala sakini Fazil Rəcəbov şikayət məktubu göndərib. O, şikayət məktubunda anasının Zaqatala Rayon Mərkəzi xəstəxanasında həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib.
Vətəndaş bildirir ki, xəstəxanada vəziyyət olduqca ağırdır və qanunsuzluq baş alıb gedir: "17.06.2015-ci il tarxində, təxmini saat 13:30 radələrində təcili yardım şöbəsinə zəng edib dedim ki, anamın vəziyyəti ağırlaşıb.
Təcili yardım şöbəsindən mənə kobudcasına "vaxtımız yoxdur, özünüz gətirin dedilər". Qeyd edim ki, xəstəxanadan bizim evə olan məsafə təxmini 1 km-dir. Nəhayət, dəfələrlə zəng etdik, təxminən 1 saatdan sonra təcili yardım maşını gəldi.
Anam Rəcəbova Sevil Həbibullah qızının reansimasiya şöbəsinə yerləşdirdilər. 2 gün anam reansimasiya şöbəsində qaldı və bu müddətdə bizim 400 manatdan çox iynə-dərmana pulumuz çıxdı. Mənimlə açıq-aşkar bazarlıq edirdilər".
F.Rəcəbovun sözlərinə görə, anası həkimlərin səhlənkarlığı ucbatından ölüb, amma bu azmış kimi xəstəxana anasının ölüm kağızını da ona satmaq istəyir: "19.06.2015-ci il tarixdə anamızın vəziyyəti yaxşıydı və biz anamızı evə aparmağa gedirdik. Biz xəstəxanaya çatdıqda anamızın rəhmətə gedtiyini dedilər.
Sonradan bizə məlum oldu ki, mərhum anamızın yanına ağır yol qəzasına düşmüş xəstə yerləşdirilib. Orada olan səs-küydən mərhum anamızın vəziyyəti pisləşmiş, həkimlərin isə heç biri anamıza baxmamışdır.
Beləliklə, anam həkimlərin səhlənkarlığı ucbatından vəfat etmişdir. Anamın yüksək təzyiqi, şəkəri var idi və belə xəstələrin də sakitliyə ehtiyacı var. Hələ bu azmış kimi anamın ölüm kağızını da mənə pulla satmaq istəyirlər".
Qeyd edək ki, bu, Zaqatala Mərkəzi Xəstəxanası ilə bağlı 3-cü şikayətdir. Ötən dəfə şikayətlərlə bağlı xəstəxananın baş həkimi Leyla Seyidəliyeva ilə əlaqə saxlamış, o isə deyilənləri təkzib etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar