Keçmiş baş hərbi komissar bu il mandatsız qalacaq... - Başçı ilə anlaşıb

7-08-2015, 08:38   
Keçmiş baş hərbi komissar bu il mandatsız qalacaq... - Başçı ilə anlaşıb
Parlament seçkiləri yaxınlaşdıqca yeni iddialılar ortaya çıxdığı kimi, hazırda mandat daşıyan deputatlar seçkilərdə iştirakla bağlı qərarına yenidən baxır, öz qəti mövqeyini ortaya qoyurlar.

Milli Məclisin əksər deputatları yenidən təmsilçilik hüququ qazanmaq istəsə də, seçki başlamamış namizədliyini irəli sürməyəcəyini bəyan edən deputatlar da var.

Editor.az-ın əldə etdiyi məlumata görə, 59 saylı seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Əliağa Hüseynov qarşıdan gələn seçkilərdə iştirak etməyəcək. İlk dəfədir parlamentə mandat qazanan deputatın Milli Məclisin plenar və komitə iclaslarında bircə dəfə olsun çıxış etməməsi, qanunvericilik təşəbbüslərinin irəli sürülməsindən kənarda qalması, ictimaiyyətlə və seçicilərlə zəif təması belə bir qərarın verilməsinə səbəb olub.

IV çağırış Milli Məclisə bitərəf namizəd olaraq seçilən Əliağa Hüseynovla Səlyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov arasında bununla bağlı razılaşma da olduğu deyilir.

Xatırladaq ki, Əliağa Hüseynov istefada olan generaldır və uzun müddət Republikanın Hərbi Komissarı vəzifəsində çalışıb. Bu vəzifədən azad olunqudan sonra Səlyan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Öz ərizəsi ilə icra başçısı vəzifəsindən azad edilib və beş ildir 59 saylı seçki dairəsindən millət vəkilidir.

Editor.az-ın əməkdaşı məsələyə millət vəkili Əliağa Hüseynovun özündən münasibət öyrənmək istəsə də, onunla əlaqə yarada bilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar