Rusiyanın Usmanski rayonunda məktəbli qızı oğurlayaraq ona qarşı cinsi xarakterli hərəkətlər etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
"Report" xəbər verir ki, istintaqın məlumatına görə, avqustun 4-ü günorta saatlarında rayonun Poddubrovka kəndində biri 36 yaşlı azərbaycanlı olan iki yerli sakin mağazaya gedən 14 yaşlı məktəbli qızın qarşısını kəsərək onu maşına əyləşdirib və meşəyə aparıb.
Orada canilər yeniyetməyə qarşı cinsi xarakterli hərəkətlər ediblər. Lakin zərərçəkən adam oğrularının diqqətindən yayınaraq qaçmağa müvəffəq olub. Hadisədən xəbər tutan qızın valideynləri polisə müraciət ediblər.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Onunla əlbir olan şəxs isə qaçmağa macal tapıb. Cinayətkar hazırda axtarışdadır.
Rusiya İstintaq Komitəsinin Lipetsk rayonu üzrə idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə cinayət işi qaldırılıb.