Bərdə rayonunda intihar hadisəsi baş verib. Report xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. 1958-ci il təvəllüdlü yerli sakin Məmmədov Yunis Xunus oğlu odlu silah ilə boğaz nahiyəsindən atəş açaraq özünü öldürüb. İntiharın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.