ANS yalan danışdı-VİDEO

10-08-2015, 08:37   
ANS yalan danışdı-VİDEO
Məlum olduğu kimi dünən avqustun 8-də jurnalist Rasim Əliyev “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov haqqında yazdığı tənqidi fikirlərdən sonra təhdid və hədələrə məruz qalıb, sonda isə çay içmək adı ilə çağırılaraq amansızcasına döyülüb xəstəxanaya düşüb, avqustun 9-u səhər saat 5 radələrində isə dünyasını dəyişib. Bu barədə bütün ölkə mətbuatı yazıb, jurnalistin son müsahibəsini paylaşıb. Həmin müsahibədə mərhum jurnalist özü etiraf edib ki, onu özünü futbolçunun qohumu kimi təqdim edən şəxs görüşə çağırıb və görüş “Bayıl market” in yanında baş tutub, hadisə də orda baş verib. Lakin bu gün saat 12.00 xəbərlər buraxılışında ANS hadisəni başqa cür təqdim edib. Hər halda özünü ən qaynar nöqtələrdən, hadisə yerlərindən ilk və obyektiv, dəqiq və qərəzsiz xəbər verən kanal kimi təqdim edən bir televizya bu cür etməməli idi. Həmin görüntüləri təqdim edirik:Yenilik.Az
[media=https://www.youtube.com/watch?v=2liceVTstJk]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar