Bakıda 70 yaşlı həkim yaşadığı evdə boğazını kəsib.

10-08-2015, 10:17   
Bakıda 70 yaşlı  həkim   yaşadığı evdə boğazını kəsib.
Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Karqanov küçəsi, ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1945-ci il təvəllüdlü Eldar Qoca oğlu Piriyev yaşadığı evdə boğazını kəsib. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə dünyasını dəyişib.

E.Piriyevin özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik məlumat verilməsə də onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, E.Piriyev təqaüddə olan həkim olub (APA).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.