Hüseynqulu Bağırovun nazirliyi Hindistan polisi kimi işləyir... - Hadisə yerinə iş bitəndən sonra gəlməlidirlər...

14-08-2015, 09:24   
Hüseynqulu Bağırovun nazirliyi Hindistan polisi kimi işləyir... - Hadisə yerinə iş bitəndən sonra gəlməlidirlər...
Avqustun 13-də Binəqədi rayonu, Azadlıq prospekti 196 ünvanında yaşayanlar yaşıllıqların qırılmasına etiraz ediblər.

Sakinlərin AzadlıqRadiosuna verdikləri məlumata görə, 3 doqquzmərtəbəli binada yaşayan sakinlərin yeganə istirahət yeri olan həyətyanı sahələr hasara alınıb:

“Burada hansısa yüksək çinli məmur çoxmərtəbəli bina inşa etmək istəyir. Yüzdən çox ağacı kəsmək istəyirlər. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına məlumat verdik. Onlarınsa bizə cavabı belə oldu ki, hələki hansısa ağac kəsilməyib, ona görə də onlar nə kimisə cərimə edə bilər, nə də bunu dayandıra bilərlər. Ağacları kəsməyəcəklərsə, niyə ətrafını hasara alıblar”-deyə, adının çəkilməsini istəməyən sakinlərdən biri deyir.

Hazırda narazı sakinlərin bir neçəsi yerli icra hakimiyyətinə gedib. Orada bu məsələni müzakirə edirlər.

Bu ərazi mayın 15-də Binəqədi rayonunda yanan doqquzmərtəbəli binanın yaxınlığındadır.

AzadlıqRadiosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar