İcra başçısı işçilərini təhqir edir?

19-05-2014, 11:33   
İcra başçısı işçilərini təhqir edir?
Beyləqanın icra başçısı Vaqif Abdullayevin onlarla ağır tonda danışdığı vurğulanır

Beyləqanın icra başçısı Vaqif Abdullayev hələ bir müddət əvvəl yerli sahibkarlardan biri tərəfindən vurulmuşdu. JAM.AZ xəbər verir ki, qalmaqalın baş verməsinin səbəbi heç də həmin iş adamının obyektinin sökülmsəsi və ya ondan rüşvət istənilməsi yox, məhz icra başçısının kobud şəkildə davranışı və onu təhqir etməsi olmuşdu.

Qeyd edək ki, kiçik sahibkar etdiyi təhqirdən dolayı yerdən daşı götürüb icra başçısı Vaqif Abdullayevin başına vurmuşdu.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Beyləqanın icar başçısı həmin olaydan nəticə çıxarmaq əvəzinə, əvvəlkindən daha ağır formada təhqirlər edir. İddia olunur ki, Abdullayev rayondakı tikinti işlərinə cəlb etdiyi idarə və müəssisə rəhbərlərini lazımi səviyyədə iş görmədiyinə diqqət etdikdə onları ağır formada təhqir edir. Bu barədə JAM.AZ-a danışan bəzi yerli sakinlər baş verənlərdən bezdiklərini və günün birində heç də yaxşı olmayan vəziyyətinə yaranacağını dilə gətiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.