Xəstəxananın baş həkimi Gülnar Abbasova hər ay prokurora, polis rəisinə, MTN rəisinə haqq verir

17-08-2015, 23:47   
Xəstəxananın baş həkimi Gülnar Abbasova hər ay prokurora, polis rəisinə, MTN rəisinə haqq verir

Azərbaycanda səhiyyənin bərbad durumda olması hər bir ölkə vətəndaşına gün kimi bəllidir. Ölkə səhiyyəsi artıq ölüm eskadronu rolunu oynayır. Dünyanın heç bir yerində Azərbaycan səhiyyəsi qədər çirkaba bulaşmış birisi ola bilməz. Eləcə də dünyanın heç bir yerində Azərbaycan həkimləri qədər səbatsız və məsuliyyətsiz birilərini tapmaq mümkün deyil. Hər kəsə bəllidir ki, ölkə insanı həkimlərə cəllad, mal həkimi və sair adlarla müraciət edir. Bütün bunlara kim və nələr şərait yaratdı? Cumhuriyyet.az olaraq bu haqda növbəti yazılarımızı həm də monitorinq şəklində materiallarımızda dəyərli oxucuların ixtiyarına təqdim edəcəyik.
Ağdam rayonundan cumhuriyyət. az saytına ilginc məlumat daxil olub. Ağdam rayon Qərvənd kənd sakinləri hazırda Ağdam rayonu Quzanlı qəsəbəsində məskunlaşmış Aslanovlar ailəsi saytımıza müraciət edərək Ağdam səhiyyəsinin cinayətləri barəsində məlumat verirlər. Şikayətçi Mübariz Aslanov deyir: “Bu ilin iyul ayının 24-dən 25-ə keçən gecə atam Nuşirəvan Aslanovun halı qəflətən pisləşdi. Onun qan təzyiqi var idi. Atamın halı ilə bağlı mən və qonşularımız 8-dəfə rayon təcili tibbi yardım məntəqəsinə zəng etdik. Aradan bir saata kimi vaxt keçməsinə baxmayaraq çağırışa heç kim gəlmədi. Mən sonuncu dəfə zəng edəndə oradan bir qadın cavab verərək bildirdi ki, bizim nə maşınımız, nə də həkimimiz yoxdur. Biz məcburiyyət qarşısında qalıb atamı ağır vəziyyətdə şəxsi avtomobilimizlə təcili tibbi yardım məntəqəsinə apardıq. Biz orada iki tibb bacısından başqa heç kəsi tapa bilmədik. Növbətçi həkimlər yerində yox idilər. Təcili yardım avtomobilləri 4-ədəd yanaşı qarajda dayanmışdılar. Bizim tələblərimizə baxmayaraq tibb bacıları heç bir kömək etmədilər. Onlar qeyd etdilər ki, həkim gəlməmiş bizim ixtiyarımız yoxdur ki, xəstəyə yardım edək. Atamın halı getdikcə pisləşirdi. Təxminən 45 dəqiqədən sonra növbətçi həkim Nadir Xudiyev gəlib çıxdı. Biz ondan kömək etməsini istədik. Həkim bildirdi ki, onda heç bir davə-dərman yoxdur. Aramızda mübahisə oldu. Mən ona bildirdim ki, axı siz həkimsiniz xəstə ölür niyə yaxın durmursunuz? Həkim Nadır Xudiyevin cavabı belə oldu ki, göstəriş belədir. Beləcə həkim məsuliyyətsizliyi ucbatından atam dünyasını dəyişdi. Mən bu işlə bağlı dövlətin ayrı-ayrı strukturlarına müraciət etmişəm və günahkarların cəzalandırılmasını tələb edirəm. Atamın ölümünü Ağdam rayon prokurorluğunun əməkdaşları da, prokuror müavini Babək müəllim şəxsən müşahidə ediblər. Ancaq indi onlar bu cinayəti ört-basdır etməyə çalışırlar”. Şikayətçi Bəhruz Aslanov cumhuriyyet.az-a bildirir: “Atamı bəlkə də yerindən tərpətmək olmazmış. Ancaq həkimlərin çağırışa gəlməməsi bizi məcbur etdi ki, onu özümüz təcili-tibbi yardım məntəqəsinə aparaq. Başa düşürsünüz bunlar cəlladlardır, baş kəsənlərdir. Bunlarda insan qanı yoxdur. Bir insan zarıya-zarıya can verir, həkim deyir ki, mənim iynə dərmanım yoxdur, sonra deyir ki, göstəriş belədir ki, mən ona yardım edə bilmərəm. Nə vaxta kimi Ağdamda belə özbaşnalıq olacaq? Hara baxır prokurorluq? Xəstəxananın baş həkimi Gülnar Abbasova hər ay prokurora, polis rəisinə, MTN rəisinə haqq verir. Ona görə gözləri kölgəlidir. Prokurorluq indi bizi hədələyir ki, meyidi ekskumasiya edəcəyik. Utanmırlar cinayətkar həkimləri cəzalandırmaqdansa zərərçəkmişlərin üzərinə gəlirlər. Mən baş prokurordan tələb edirəm ki, şikayətimiz üzrə əməli tədbir görülməsi istiqamətində fəaliyyətə keçsinlər”. rr
Hadisənin şahidi qonşu Lətif Mirzəliyev deyir: “Axşam vaxtı mərhum Nuşirəvan müəllimgilin həyətindən gələn səs-küyə görə ora getdim. Mən ora gedəndə onun təzyiqdən halı çox pis idi. Baş verənlər hamısı həkimlərin səhlənkarlığı ucbatından baş verdi. Bir saat gözlədik, çağırışa gələn olmadı. Təcili-tibbi yardım məntəqəsində heç kəsi tapa bilmədik. Sonradan gələn həkim Nadir Xudiyev açıqca xəstənin ölməsi üçün şərait yaratdı. Çox allahsızlıq etdilər. Nuşirəvan müəllimi qəsdən öldürdülər”. Mərhumun dostu Rasim Rüstəmov cumhuriyyet.az-a bildirib: “Nuşirəvan Aslanov heç vaxt hər hansı bədən orqanının xəstə olması ilə bağlı şikayətçi olmamışdır. Sadəcə onda qəflətən qan təzyiqi qalxıb bu vəziyyətə düşüb. Ağdamda insanlar həkim səhlənkarlığı ucbatından həyatlarını itirirlər. Həkimlər çağırışa gəlmirlər. Çünki xəstəxanaya ayrılan benzin satılır, təcili-tibbi yardım məntəqəsinin sürücüləri Rusiyada, Bakıda alverdədirlər. Onlara aylıq əməkhaqqı yazılır və Baş həkim Gülnar Abbasova və sairləri tərəfindən mənimsənilir. Səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü ildə Bərdə şəhərində vətəndaşlarla görüşdə olanda bildirdi ki, Ağdam rayonu döyüş bölgəsi olduğu üçün ora nəinki yüz faiz, hətta daha çox iynə dərman ayırıram. İndi sual edirəm. Oqtay müəllim, bəs hara getdi sizin Ağdam rayonu üçün ayırdığınız iynə dərman? Həkim Nadir Xudiyev deyir ki, bizə baş həkim Gülnar Abbasova heç bir iynə-dərman vermir, deyir gedin cibinizdən alın, ya da xəstə sahiblərinə aldırın. Bəli, inanıram. Çünki rayona ayrılan iynə dərmanlar apteklərdə satdırılır. Baş həkim Gülnar Abbasova hər ay icra başçısı və hüquq mühafizə və digər orqanların pulunu verir. Mən baş prokuror Zakir Qaralova müraciət edirəm. Cənab prokuror əgər sizə korrupsiya lazımdırsa, buyurun Ağdam səhiyyəsi. Əgər sizə cinayət etmiş şəxslər lazımdırsa yenə buyurun Ağdam səhiyyəsində şəxsən Nadir Xudiyev xəstəyə yardım etməkdən boyun qaçırdır. Nadir Xudiyev deyir ki, yardım edə bilmərəm, çünki belə göstəriş var. Buna da inanıram. Çünki rəhmətlik Nuşirəvan müəllim həmişə haqqını tələb edən eyni zamanda digər Ağdamlıların da haqqı üçün vuruşan adam olub. Biz onunla həm də əqidə yoldaşı idik. Biz Nuşirəvan müəllimlə 1988-ci ildə Ağdamda axc-ni yaratmışıq. Bütün rayon rəhbərləri ondan çəkinib ehtiyat edib. İnanıram ki, onu siyasi fəaliyyətinə və baxışlarına görə fürsət düşən kimi öldürdülər. Belə hallar Ağdamda yeni deyil. Nuşirəvan müəllimin ölümündən bir neçə gün əvvəl Ağdam rayon Üçoğlan ərazisində Əliyev Vüqar Lənkəran oğlunun 8-yaşlı oğlan övladının ayağına paslı mismar batmışdı. Xəstəxanada uşağa yardım ediblər, ancaq həkim pas əleyhinə iynə vurmadığına görə uşaq bir neçə gündən sonra öldü. Ancaq bu ölüm də hazırda rayon prokurorluğu tərəfindən gizlədilir. Bilirsiniz niyə, çünki prokuror da polis rəisi də, mtn rəisi də, icra başçısı da nazır qarışıq hamısı hər ay xəstəxanadan haqqlarını alır. Ona görə dilləri gödəkdir. Biz bu işi belə qoymayacağıq. Lazım gəlsə Avropa məhkəməsinə qədər gedəcəyik. Ağdamda dərəbəylikdir, məmur qudurğanlığıdır, həkimlər insanlara qarşı soyqırım həyata keçirirlər”.
Mərhumun həyat yoldaşı Elmira Aslanova: “Burada baş verənlər haqqında ətraflı danışdılar. Yoldaşım həkimlərin səhlənkarlığının qurbanı oldu. Bu qədər insan çığıra-çığıra qaldıq ki, kömək edin, heç bir kömək olmadı. Nadir Xudiyev üzümə dedi ki, sənin yoldaşın cəbhəçidir, ona görə kömək edə bilmərəm. Yəqin ona belə tapşırmışdılar. Mən həkimi çox dirəşdirdim ki, sumkanı aç bircə dənə iynə göstər, şiprisini göstər görüm ki, sənin iynə-dərmanın var. Axırda başladı yalvarmağa ki, siz məndən nə istəyirsiniz? İynə-dərmanı Gülnar Abbasova satıb hazırda Türkiyədə Antaliyada istirahətdədir. Həqiqətən Gülnar Abbasova həmin vaxt Antaliyada istirahətdə olub. Mənim yoldaşımı siyasi baxışlarına görə köməksiz qoydular. Mən ölkə rəhbərliyindən təcili tədbir görməyini tələb edirəm. Yoxsa Ağdamda çox insanlar səhiyyənin qurbanı olacaq. Mən baş prokurordan tələb edirəm ki, Ağdam prokurorluğu ilə bağlı ciddi ölçü götürsün. Çünki onlar burada cinayətkarları himayə edirlər. Mən yoldaşım Nuşirəvan Aslanovun ölümü ilə bağlı şikayətçiyəm və axıra kimi də şikayətçi olacağam. Mən şəxsən həkim Nadir Xudiyevdən şikayətçiyəm. İynə dərmanın olmaması onu məsuliyyətdən azad etmir. Hələ bir utanmadan xəbər də göndərir ki, gəlib məndən üzr istəməlidirlər. Biz ailəmiz adından lazımı yerlərə teleqramlar, şikayət məktubları göndərmişik. İnşallah günahkarların cəzalandırılmasına nail olacağıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar