6 palkovnik Müdafiə Nazirliyindən qovuldu - 5 hərbçi həbs edildi

19-08-2015, 09:03   

Müdafiə Nazirliyində başlanan kadr dəyişiklikləri, yüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi davam edir.

AzNews.az saytı işdən çıxarılan daha bir qurp yüksək vəzifəli zabitin siyahısını yayıb.

Mwdafi'Siyahıda aşağıdakı şəxslərin adları yer alıb:

1. Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant TOFİQ ABBASOV;

2. Silahlı Qüvvələrin Avtomobil Xodməti rəisi, polkovnik KAMRAN MƏLİKOV;

3. Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik HÜSEYN VƏLİYEV;

4. Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik ELXAN HÜSEYNOV;

5. Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik MALİK QURBANOV;

6. Silahlı Qüvvələrin Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik YAQUB ƏHƏDOV;

Bunlardan başqa, Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsinin 25 nəfərə yaxın zabit heyətinin hamısı vəzifədən azad edilib. Onların əksəriyyətinə cinayət işi açılıb, 5 nəfər isə həbs edilib.

AzNews.az-ın yazdığına görə, yuxarıda eyd edilən siyahıdakı şəxslərin hamısı həmin vəzifələrə Zakir Həsənov nazir təyin ediləndən sonra gətirilib.

Həmçinin sayt bir neçə gün əvvəl Z.Həsənovun işdən azad edilən müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayevin xalası oğlu polkovnik-leytenant Qəhrəman Ağayevin də nazirin əmri ilə Tikinti İşləri üzrə İdarənin rəisi vəzifəsindən azad edildiyini yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar